İrəvanda Türkiyə ilə münasibətlərin nizamlanmasını düşünürlər

Siyasət

Ermənistan münasibətlərin nizamlanması üzrə dialoqa başlamaq üçün İrəvan və Ankara emissarlarının Moskvada ilk görüşünün keçirilməsi imkanlarını öyrənir.

Bu barədə bazar ertəsi Ermənistan XİN rəhbərinin mətbuat katibi Vaan Unanyan öz “Facebook” səhifəsində yazıb.

“Hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünün vaxtı ilə bağlı razılıq yoxdur. Görüşün Moskvada keçirilməsinin mümkünlüyü müzakirə olunur”, – deyə o qeyd edib.

Bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr yaxın vaxtlarda Moskvada görüş keçirə bilərlər.

Ankara bu görüş üçün Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıçı, İrəvan isə parlament sədrinin müavini Ruben Rubinyanı xüsusi nümayəndə təyin edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir