Üç nəfərə general-leytenant, bir nəfərə general-mayor rütbəsi verildi – SƏRƏNCAM

Siyasət

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Zaur Qasım oğlu Abdullayevə

general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə

general-mayor Yusif Həsən oğlu Mirzəyevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir