Papa XIV Leo Ermənistan və Azərbaycan arasında sülh bəyannaməsini alqışlayıb

Siyasət

Bakı. Trend:

Roma Papası XIV Leo ənənəvi bazar günü xütbəsi zamanı Ermənistan
və Azərbaycanın sülh bəyannaməsi imzalamasını müsbət
qarşılayıb.

Trend “Vatican
News”a istinadən xəbər verir ki, Papa çıxışı zamanı tərəfləri
təbrik edib:

“Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə
imzaladıqları üçün təbrik edirəm.

Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına
xidmət edəcək”, – deyə XIV Leo bildirib.