Milli Məclisin deputatlarından birinin səlahiyyətinə xitam verildi – FOTO

Siyasət

Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, Konstitusiyanın 89-cu maddəsinin tələblərinə uyğun olaraq, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat mandatından məhrum edilir və səlahiyyətlərini itirir: “Eldəniz Səlimov barəsində məhkəmənin hökmü olduğuna görə onun deputat səlahiyyətlərinə xitam verilib, yəni mandatını itirib”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir