
Bakı. Trend:
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz
Şərifə zəng edib.
Trend xəbər verir ki, telefon söhbəti zamanı
Pakistanın Baş nazirinin ölkəmizə səfəri, Laçında ikitərəfli,
həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş
üçtərəfli görüşlər, eyni zamanda, onun İqtisadi Əməkdaşlıq
Təşkilatının Xankəndi Sammitində iştirakı məmnunluqla
xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanmış
sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş
naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanan
bəyyanamənin və digər sənədlərin regionda davamlı sülhün,
sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyətinə
toxunulub, bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald
Trampın xüsusi rolu qeyd olunub.
Məhəmməd Şahbaz Şərif əldə olunmuş razılaşmaların önəmini
vurğulayıb və Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Telefon söhbəti əsnasında iqtisadi, enerji, ticari və sərmayələr
sahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə
bağlı fikir mübadiləsi aparılıb.