Prezident İlham Əliyev və Zelenski Rusiyanın SOCAR-ın Ukraynadakı neft bazasına zərbələr endirilməsini pisləyib

Siyasət

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, avqustun 10-da Ukrayna
Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə
zəng edib.

Trend xəbər verir ki, telefon
danışığı zamanı tərəflər, xüsusilə, Ukrayna ərazisində Azərbaycanın
SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər
obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz
kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava
zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna
arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir
halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir