“Azərbaycanla Ermənistan arasında anklavlar məsələləri var, bunu heç kim inkar etmir”.
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, anklavlar məsələsinin hansısa formada həll edilməsi vacibdir.
“Anklavlar məsələsinin sərhədlərin delimitasiyası zamanı həll edilməsi vacibdir. Böyük ehtimal ki, bu, qısamüddətli proses olmayacaq. Bu istiqamətdə sistemli və davamlı işin aparılması vacibdir”, – deyə Ceyhun Bayramov deyib.
Aqşin Kərimov