Vəkillər Kollegiyasının üzvləri Fəxri xiyabanı ziyarət etdilər – FOTO

Siyasət

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günü qeyd edilir.

Oxu.Az-ın məlumatına görə, 28 dekabr – “Vəkil günü” münasibətilə Vəkillər Kollegiyasının rəhbər və üzvləri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Vəkillər onun məzarı önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə güllər  düzülüb.

İlhamə Əbülfət
FOTO: Firudin Səlimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir