
Bakı. Trend:
Zəngəzur dəhlizi İran mediasında şişirdildiyi kimi deyil.
Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian jurnalistlərə
verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Zəngəzur marşrutu haqda bütün tərəflərin
istəkləri nəzərə alınıb.
Pezeşkian bildirib ki, ərazi bütövlüyü çərçivəsində İranın
yolunun bağlanmaması nəzərdə tutulub.
Qeyd edək ki, İran mediasında Zəngəzur dəhlizi birmənalı şəkildə
mənfi qiymətləndirilir və bu dəhlizin İranın zərərinə olduğu qeyd
edilir.