728 həmyerlimiz Rusiyadan Azərbaycana gətirildi

Siyasət

Azərbaycan-Rusiya sərhədində 20-27 dekabr tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sərhəd buraxışlarının həyata keçirilməsi üçün Xarici İşlər, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan Respublikasında xidməti ezamiyyətdə olub.

İşçi heyətin üzvləri sərhədi keçmək üçün gözləyən 766 nəfər həmvətənlimizi qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.

Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Azərbaycan Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 766 nəfərdən 728 şəxsin Azərbaycana qrup halında keçidi təmin edilib.

Ümumilikdə, 2021-ci ilin 29 yanvar – 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4 217 həmvətənlimizin təxliyəsi təmin edilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir