Erməni diasporundan ABŞ fiaskosu: Lobbiçiləri həm pullarını aldı, həm də erməniləri axmaq yerinə qoydu

Siyasət

ABŞ Prezidenti Co Baydenin imzaladığı Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) erməni diasporu ilə lobbiçilərin erməni xalqının necə ələ saldığını bir daha ortaya qoyub.

Belə ki, ermənilər ABŞ Konqresində “səxavətli” erməni diasporunun lobbiçilərindən biri olan Frenk Palloneyə istinadla NDAA-nın imzalanmasını bu cür qələmə verib:

“Prezident Bayden Azərbaycan və Türkiyənin məsuliyyətə cəlb olunması barədə qanunu imzaladı”.

Təbii ki, bu cür səs-küylü və bir qədər də ürküdücü görünən bəyanat erməniləri böyük sevincə qərq etməyə bilməzdi. Lakin məsələnin mahiyyəti bir qədər fərqlidir. Çünki əslində lobbiçilər erməni diasporunun onlara verdiyi göstərişi yerinə yetirə bilməyiblər.

Çünki erməni diasporunun sifarişi ilə Frenk Pallone kimi lobbiçilər böyük ümidlərlə sözügedən akta dəyişikliklər təklif edirdilər. Bunlardan biri Azərbaycana hərbi yardımın dayandırılması və 907-ci düzəlişə müvəqqəti moratoriumun ləğvi kimi daha “iddialı” təkliflər idi.

Ancaq erməni diasporunun lobbiçiləri hər iki halda uğursuzluğa düçar oldular. Belə olan halda isə öz sponsorları qarşısında bəraət qazanmaq üçün kiçik nüansları şişirdərək qələmə verməyə başlayıblar.

Fakt isə öz aliliyini qoruyur. Yəni NDAA-da erməni lobbiçilərin böyük ümidlərlə irəli sürdükləri tələb və təkliflər rədd edildi. Əldə qalan kiçik “uğur”lar isə heç də erməni diasporunun şadyanalıq edəcəyi səviyyədə olmadı.

Bütün bunları nəzərə alaraq bir faktı da dəqiqliklə söyləmək olar. Lobbiçilər həm erməni diasporunu, həm də erməni xalqını ələ salır. Həm pullarından olan, həm də axmaq yerinə qoyulan ermənilərin bu vəziyyətə sevinməyi isə kənardan çox böyük acizlik kimi görünür…

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir