
Bakı. Trend:
İran bundan öncə də Azərbaycan və Ermənistanı sülh razılaşmasını
imzalamağa təşviq edən tərəf olub.
Trend-in
məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat
katibi İsmayıl Bəqai bu gün (11 avqust) Tehranda keçirilən mətbuat
konfransında deyib.
Onun sözlərinə görə, İran qonşu ölkələrlə yaxın təmasdadır və
hər iki ölkə – Azərbaycan və Ermənistanla yaxşı münasibətlərə
malikdir.
Bəqai bildirib ki, İranın mənafeyi ilə birbaşa və ya dolayısı
ilə əlaqəsi olan proseslərdə bu ölkələrlə təmasda olması
təbiidir.
İran XİN rəsmisi qeyd edib ki, sülh razılaşmasının imzalanması
məsələsinə gəldikdə, bu yeni məsələ deyil. İran bundan öncə də iki
tərəfi sülh razılaşmasını imzalamağa təşviq edib. Bu gün və sabah
İran və Ermənistan arasında yüksək səviyyədə məsləhətləşmələr
aparılacaq.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.