Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri hissəsinin tikintisi üçün hazırlıq işlərinə başlayır.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin verdiyi məlumata görə, bu barədə baş nazir Nikol Paşinyan bildirib.
“Biz artıq Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri hissəsinin tikintisinə hazırlıq işlərinə başladığımızı elan etmişik. Xüsusilə qeyd etməliyəm ki, təbii ki, hamımıza məlum olan vəziyyətə görə regional kommunikasiyaların açılması mövzusu açıq şəkildə müəyyən problemlər və təhlükələri ehtiva edir, lakin onu da qeyd etməliyəm ki, o, böyük imkanlar da ehtiva edir”, – deyə o, vurğulayıb.
Mənbə: TASS