“Bakıda hər gün 1 milyona yaxın insan, o cümlədən deputatlar 2-3 saat tıxacda qalır. Bu, doğru idarəetmənin olmamasından qaynaqlanır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu deputat Fazil Mustafa parlamentin iclasında deyib.
Onun sözlərinə görə, aidiyyəti qurumlar bu məsələnin gələn il həlli ilə bağlı ictimaiyyətə söz verməlidir:
“Bu gün Bakıda parklanma problemi həll olunmayıb. Bir məmurun iş saatı 9-da başlayırsa, o, saat 7-dən evdən çıxır. Biz 2022-ci ili Bakı şəhərinin xilas ili kimi qiymətləndirməliyik. Bu problemin həlli ilə bağlı yol xəritəsi təqdim olunmalıdır”.