Bakıdakı “Luna Park” “Nizami Gəncəvi” adına istirahət parkına çevrildi – FOTOREPORTAJ

Siyasət

Bu gün Bakının Xətai rayonunda “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. 

Oxu.Az-ın məlumatına görə, parkın ərazisi 11,2 hektardır.

“Luna Park” adı ilə məşhur olan ərazi uzun illər baxımsız qalmışdı. 

Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə parkda əsaslı təmir və yenidənqurma işləri aparıldı. 

Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Oxu.Az parkdan fotoreportajı təqdim edir:

Foto: Kərim Abbasov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir