
Bakı. Trend:
Münaqişə 37 il davam etdi, amma biz onu həll edə bildik.
Trend xəbər verir ki, bunu
ABŞ Prezidenti Donald Tramp brifinq zamanı Vaşinqtonda Azərbaycan
və Ermənistan arasında imzalanmış tarixi razılaşmanı şərh edərkən
deyib.
“Münaqişə 37 il davam etdi və iki lider bildirdilər ki, bunun
həll olunacağını heç vaxt düşünməmişdilər. Rusiya bu məsələni həll
etməyə çalışdı. Hamı çalışırdı. Bu, çox mürəkkəb bir vəziyyət idi,
amma biz bu münaqişəni həll edə bildik”, – deyə o bildirib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.