
Bakı. Trend:
Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin
iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşma
Cənubi Qafqazda uzunmüddətli sülhə doğru yolda tarixi addım
oldu.
Trend xəbər verir ki, bu
barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də
Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə
bildirib.
O xatırladıb ki, Azərbaycan torpaqlarının uzunmüddətli erməni
işğalından azad edilməsi ilə regionun inkişafında yeni mərhələ
başlayıb.
Türkiyə lideri Azərbaycanla bağlı məhdudiyyətlərin aradan
qaldırılmasını da alqışlayıb.
“Türkiyə tərəfinin məmnunluğunu qardaşım, Azərbaycan Prezidenti
İlham Əliyevə çatdırdım. Türkiyənin hər zaman Azərbaycanın yanında
olacağını vurğuladım”, – deyə dövlət başçısı Ermənistanın Baş
naziri Nikol Paşinyanla bugünkü söhbətində bu mövzunu müzakirə
etdiyini əlavə edib.
Siyasətçinin sözlərinə görə, regionda sülh mühitinin
formalaşması ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq,
sərhəd-keçid məntəqələri açılacaq, azad ticarətə maneələr aradan
qaldırılacaq ki, bu da bütün region dövlətlərinin maraqlarına cavab
verir.
Prezident Ərdoğan əmin edib ki, Ankara bölgədə sülh və sabitlik
naminə mübarizəni davam etdirəcək.