Bu il Azərbaycan diplomatiyası necə yadda qaldı? – VİDEO

Siyasət

2021-cı il Azərbaycan üçün bir çox hadisələrlə yadda qaldı. Ölkəmiz geridə qalan müddət ərzində yalnız hərb meydanında deyil, diplomatiya və informasiya müharibəsində də üstünlüyünü dünyaya nümayiş etdirdi.

İşğalçı Ermənistanın təklif etdiyimiz sülh müqaviləsini imzalamaqda maraqlı olması da, Azərbaycanın diktə edən tərəf olduğunu sübut etdi. Bütün bunlar ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyimizin, uğurlu siyasətimizin nəticəsidir.

Geridə qalan bir il ərzində Azərbaycan beynəlxalq arenada bir sıra uğurlara imza atdı və beynəlxalq səviyyədə təşəbbüslərimiz böyük dəstək qazandı.

Təbii ki, görülən işlər 2022-ci ilə daha böyük inamla, xoş əhval-ruhiyyə ilə qədəm qoymağa stimul verir. Uğurlarımızın fonunda gələcəyə böyük nikbinliklə baxmalıyıq. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoymaqla malik olduğu imkanları, ən əsası həyata keçirdiyi siyasətin hədəflərini açıqladı.

Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıda böyük uğurlar gözləyir.

Daha ərtaflı Baku TV-nin süjetində:

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir