Donald Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanı özünə yaxşı dost adlandırıb

Siyasət

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi
və Ermənistanın baş naziri Nikol Paşinyanı özünün yaxşı dostları
adlandırıb.

Trend xəbər
verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkə hesabında
yazıb.

“Onilliklər boyu davam edən müharibədən və insan qurbanlarından
sonra Sülh Sənədinin imzalanması mərasimində Azərbaycan Prezidenti
İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın yanında
olmaq mənim üçün böyük şərəfdir. Bunlar iki gözəl insan və böyük
liderdir. İndi onlar mənim yaxşı dostlarımdır!”, – o deyib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.