Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlavə addımlar atılmalıdır – Elçin Əmirbəyov

Siyasət

Bakı. Trend:

Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında Birgə
Bəyannamənin imzalanması Bakının sülh gündəliyinə sadiqliyini
təsdiq etdi.

Trend xəbər verir ki, bunu NE
Global-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi
tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

“Sənədin Azərbaycan və Ermənistan arasında sülh sazişinin
paraflanması ilə bağlı müddəasında sazişin imzalanması və
ratifikasiyası üçün əlavə addımların atılmasının zəruriliyi etiraf
edilir. Yəni, bunun mümkün olması üçün Bakı Ermənistan
Konstitusiyasına hələ də orada olan Azərbaycana qarşı ərazi
iddialarının aradan qaldırılması üçün düzəlişlərin edilməsini
gözləyir”, – o qeyd edib.

Elçin Əmirbəyov bəyannamənin daha bir mühüm məqamına – iki ölkə
arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması öhdəliyinə,
xüsusən də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz
əlaqənin təmin edilməsinin zəruriliyinə diqqət çəkib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.