Georgi Cancqava: “Gürcüstan “3+3” platformasının Türkiyədə keçiriləcək görüşünə qatılmayacaq”

Siyasət

Gürcüstan “3+3” platformasının Türkiyədə keçiriləcək növbəti görüşündə də iştirak etməyəcək.

Bunu ölkənin Ankaradakı səfiri Georgi Cancqava bildirib.

Diplomat qeyd edib ki, Gürcüstan Türkiyə və Azərbaycanı strateji tərəfdaşları, Ermənistanı isə tarixi qonşusu kimi nəzərdən keçirir. Lakin platforma iştirakçılarından olan Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib.

Xatırladaq ki, “altılıq platforması”nın ilk iclası məhz Moskvada dekabrın 10-da keçirilib.

Mənbə: “Daily Sabah”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir