Zəngəzur Dəhlizi məsələsinə Məsud Pezeşkianın komandasının münasibəti normaldır – ŞƏRH

Siyasət

Bakı. Trend:

Zəngəzur Dəhlizi məsələsinə Məsud Pezeşkianın komandasının
münasibəti normaldır.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Məsud Pezeşkian dünyəvi adamdır və görür
ki, bu məsələlər fərqli şəkildə həll olunmalıdır:

“Onlar anlayırlar ki, İranın qərbə inteqrasiyası, kommunikasiya
yolunun açılması bundan asılıdır. Bu olmasa İran yenə də qapalı bir
ölkə kimi qalacaq, bu fürsəti qaçırmamalıdırlar. Pezeşkian
komandası bunu gördükləri üçün məsələyə başqa gözlə baxırlar.
Məsələ bu gedişatla həll olunmalıdır ki, İran xalqı da öz insani
yaşamlarını tapa bilsinlər”, – deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə bildirib ki, İran
Prezidenti Məsud Pezeşkianın mövqeyi daha sağlamdır:

“Son günlər onun bir çox açıqlamaları oldu. Bu açıqlamalar çox
önəm daşıyır. Onun İran-Azərbaycan münasibətləri ilə bağlı
söylədiyi “necə olur ki, Azərbaycanla İsrail dost ola bilir, amma
İran ola bilmir?!” fikri, Zəngəzur Dəhlizi ilə bağlı açıqlamaları
daha məntiqlidir və münasibətlərə də müsbət təsir göstərir”,-
deputat qeyd edib.