
Bakı. Trend:
Avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Daxili
İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
Trend xəbər
verir ki, MDB ölkələrinin cinayətkarlıqla birgə mübarizə, habelə
hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, qeyri-qanuni
miqrasiya problemləri və onların həlli yolları,
informasiya-kommunikasiya texnologiyalarından istifadə və digər
məsələlərin müzakirə oldunduğu iclasda Azərbaycan Respublikasının
daxili işlər naziri iştirak etməyib.
Məlumata görə, Azərbaycan DİN şuranın iclasında iştirakdan
imtina edib.
Rusiya mediasının yaydığı məlumatlara görə, Rusiya Daxili İşlər
naziri Vladimir Kolokoltsevin sədrliyi ilə keçirilən iclasda
ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Böyük Vətən
Müharibəsində Böyük Qələbənin 80 illiyinə həsr olunmuş anım
tədbirlərində iştirak ediblər.