“Bəzi “Telegram” kanalında mənim adımdan Qazaxıstandakı hadisələrlə bağlı yayımlanan şərh təxribatdır”.
Bu sözləri Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib.
Diplomat bildirib ki, bu şərhin onunla heç bir əlaqəsi yoxdur:
“Bunun arxasında kimin dayandığı və nə məqsəd güdməsi mənə hələ aydın deyil. Bu şərhə mənim heç bir aidiyyətim yoxdur!”.