Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməkdə qərarlıdır

Siyasət

Bakı. Trend:

Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə sadiqdir.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Alyansdakı nümayəndəliyinin X
sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Azərbaycan “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində
beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək əzmindədir”, – deyə
bəyanatda qeyd olunub.

Nümayəndəlik həmçinin avqustun 8-də Vaşinqtonda Azərbaycan və
Ermənistan arasında əldə olunmuş razılaşmalarla bağlı təbrikinə
görə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti
üzrə köməkçisi Boris Rüqeyə minnətdarlıq bildirib.

Qeyd edilib ki, bu gün Boris Rüqe Azərbaycan və Ermənistanın
NATO-dakı nümayəndələri ilə görüşərək, Vaşinqtonda iki ölkə
liderləri arasında aparılan danışıqların nəticələrini müzakirə
edib.