Tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müddəti artırıldı

Siyasət

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti 2023-cü il yanvarın 1-dək artırılıb. 

Qeyd edək ki, dəyişikliyə qədər bu müddət 2022-ci il yanvarın 1-dək göstərilirdi.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir