
Bakı. Trend:
Sabah Prezident Putinlə görüşümüz var. Düşünürəm ki, bu, yaxşı
olacaq, amma daha vacib görüş ikinci olacaq.
Trend xəbər verir ki, bu
sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, bu görüşdən sonra Putin və Zelenski ilə görüş
olacaq.
“Bəlkə bəzi avropalı liderləri də dəvət etdik. Düşünürəm ki,
Putin və Zelenski sülh bağlayacaq. Görək onlar anlaşa biləcəklərmi?
Son altı aydan bir az artıq dövrdə altı müharibəni həll etdim və
bununla çox fəxr edirəm. Düşünürdüm ki, ən asanı bu olacaq.
Əslində, ən çətinidir”, – deyə Tramp əlavə edib.