Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclası keçiriləcək

Siyasət

Ukrayna və Azərbaycan Prezidentləri Şurasının toplantısının keçirilməsi nəzərdə tutulur.

Bu barədə Ukraynanın dövlət başçısı Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən danışıb.

“Növbəti addım Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclasını təşkil etməkdir”, – o vurğulayıb.

Bundan başqa, Volodimir Zelenski və İlham Əliyev bu ilin birinci yarısında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə də razılığa gəliblər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir