Yens Stoltenberq: “NATO Rusiyaya güzəştə getməyəcək”

Siyasət

“NATO hərbi təşkilat olaraq genişlənmək və şərqdə qoşun yerləşdirmək məsələsində güzəştə getməyəcək”.

Bu açıqlama ilə Alyansın Baş katibi Yens Stoltenberq çıxış edib.

“Biz indi Avropanın təhlükəsizliyi baxımından kritik məqama daxil olmuşuq və Rusiyaya heç bir güzəştə getməyəcəyimiz barədə müttəfiqlərin yekdil mövqeyini təqdim etməliyik. Hər bir ölkənin öz yolunu seçmək və NATO-nun hərbi alyansına daxil olub-olmamaq barədə qərar vermək hüququ var”, – deyə Yens Stoltenberq fikrini tamamlayıb.

Mənbə: TASS

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir