Bu gündən etibarən Caliber.Az-ın erməni dilində versiyası istifadəyə verilib.
Saytdan bildirilib ki, belə bir qərarın əsas səbəbi layihələrin ənənəvi olaraq xaricdə maraqla qarşılanmasıdır.
“Layihələrimizdə Azərbaycan-Ermənistan mövzusu daim diqqət mərkəzindədir və oxucularımızın 20 %-i Ermənistandandır. Mövqeyimizi erməni auditoriyasına daha tez çatdırmaq üçün Caliber.Az-ın erməni dilində versiyasının yaradılması qərara alınıb”, – deyə portaldan əlavə edilib.
Məlumata görə, həmçinin Qarabağ bölgəsində yaşayan etnik erməni olan Azərbaycan vətəndaşları da nəzərə alınıb.
Qeyd edilir ki, Caliber.Az-ın erməni dilindəki versiyasında əsasən müəllif materiallar, müsahibələr, eləcə də Azərbaycanın ən mühüm xəbərləri dərc olunacaq.