“Ermənistan XİN yenidən 1990-cı ilin yanvarında uydurulmuş qırğınlardan danışır. Ermənilərin qurban getdiyi rəvayətlər erməni millətçiliyinin ideoloji əsası olub və Azərbaycana qarşı ərazi iddialarına səbəb olub. Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir”.
Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb.
❗️MFA of #Armenia speaks again on fabricated pogroms of January 1990. Narratives where Armenians are victimized have been ideological basis for Armenian nationalism & led to territorial claims against #Azerbaijan. Such propaganda in a postconflict period is regretful & dangerous.
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) January 16, 2022