Aleksa Beçiç: “Bizim bu səfərdən gözləntilərimiz çoxdur”

Siyasət

“Bu, mənim Azərbaycana ilk səfərimdir. Azərbaycana gəldiyim üçün çox məmnunam. İnanıram ki, əlaqələrimiz mütəmadi şəkildə inkişaf edəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Monteneqro parlamentinin sədri Aleksa Beçiç deyib.

Aleksa Beçiç söyləyib: “Azərbaycan-Monteneqro əlaqələri parlamentlər səviyyəsində də inkişaf edir. Bu əlaqələrin bir çox digər istiqamətlərdə də inkişafı üçün imkanlar var. Ölkələrimiz arasında əlaqələr yeni qurulsa da, inanırıq ki, bu münasibətlər daha da inkişaf edəcək. Bizim bu səfərdən gözləntilərimiz çoxdur”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir