Ceyhun Bayramov Avstriyaya getdi

Siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.

Ceyhun Bayramovun həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.       

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir