Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib (FOTO/VİDEO)

Siyasət

Bakı.Trend:

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ)
təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata
keçirilib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə pilotların uçuşun şərtləri və
təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanıb, daha
sonra uçuş heyətləri təlimatlandırılıb.

Məlumata görə, təlim-məşq uçuşları zamanı bazalanma
aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə havaya qalxma və
yerə enmə, komanda-qərargah məntəqələri ilə qarşılıqlı əlaqədə hava
və yerüstü hədəflərin aşkar edilməsi və digər fəaliyyətlər üzrə
tapşırıqlar yerinə yetirilib.

Qeyd edilib ki, təlim-məşq uçuşlarının əsas məqsədi aviasiya
bölmələrinin döyüş hazırlığının və hərbi pilotların praktiki
vərdişlərinin daha da artırılmasıdır.