“20 Yanvar xalqımızın azadlıq və dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”dəki hesabında yazıb.
“Şəhidlərimizi ehtiramla yad edirik”, – deyə nazir əlavə edib.
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı Yanvar hadisələrindən 32 il ötür.