Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Bununla bağlı MHP özünün “Twitter” hesabından paylaşım edib.
“20 Yanvar qətliamını unutmadıq, unutmarıq!”, – deyə başsağlığında bildirilib.
Paylaşımda həmçinin şəhidlərin rəhmətlə anıldığı deyilib, onların ruhlarının şad, məkanlarının cənnət olması üçün dualar edilib.