Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. O, müavini Revaz Sakvarelidze ilə birlikdə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olanların məzarları üzərinə gül dəstələri düzüb.
Diplomatik nümayəndəlik bununla bağlı özünün “Twitter” hesabından paylaşım edib.
The Ambassador of Georgia to the Republic of Azerbaijan H.E. Z. Pataradze with Embassy staff commemorates the victims of the “Black January” tragedy with sorrow. pic.twitter.com/NMikDPV6SQ
— Embassy of Georgia to the Republic of Azerbaijan (@EmbassyofGeorg2) January 20, 2022
“20 Yanvar Azərbaycan xalqının müasir tarixinə ən faciəli gün kimi daxil olub”, – deyə səfirlikdən bildirilib.