Ermənistan tanıdığı sənədə nə üçün əks mövqe sərgiləyir? – VİDEO

Siyasət

Azərbaycanın ərazi bütövlüyünün tanınması və sərhədlərinin toxunulmazlığı barədə Ermənistan parlamenti tərəfindən 1992-ci ildə ratifikasiya olunmuş saziş var. Həmçinin Madrid prinsiplərində də hər iki tərəfin danışıqlar üçün prioritet kimi qəbul etdiyi ərazi bütövlüyü prinsipidir. 

Yəni de-yuri müstəqil dövlətlər birliyində mövcud olan sərhədlər və ərazilər daxilində Ermənistan və Azərbaycan 1992-ci ildən sərhədlərin toxunulmazlığını qəbul edib, ərazi bütövlüyünü tanıyıb. 

Bəs Ermənistan özünün tanıdığı sənədə nə üçün əks mövqe sərgiləyir?

Siyasi şərhçi Cümşüd Nuriyev bildirib ki, 1992-ci ildə Azərbaycan və Ermənistan BMT-nin üzvü olandan sonra aparılan danışıqlar nəticəsində qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımaq məsələsi gündəmə gəlib.

Daha ətraflı Baku TV-nin süjetində:

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir