BMT Azərbaycana təşəkkür edib

Siyasət

BMT Azərbaycana təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Farhan Haq mətbuat konfransında bildirib.

F.Haq BMT büdcəsinə tam ödəniş etdiklərinə görə bir sıra ölkələrə, o cümlədən Azərbaycana təşəkkür etdiyini deyib:

“BMT büdcəsinə ödəmələri müntəzəm olaraq edən dost ölkələr var. Mən BMT adından Əlcəzairə, Azərbaycana, Koreya Respublikasına, Birləşmiş Ərəb Əmirliklərinə və Vyetnama bu fəxri kürsüdən təşəkkür edirəm. Bununla da, BMT büdcəsinə tam ödəmələrini tamamlayan ölkələrin sayı 37-yə çatıb”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir