Milli Məclisin sədri ilə Ukrayna Ali Radasının sədri arasında telefon danışığı olub

Siyasət

Bakı.Trend:

Milli Məclisin sədri Sahibə Qafarova ilə Ukrayna Ali Radasının
sədri Ruslan Stefançuk arasında telefon danışığı baş tutub.

Trend xəbər
verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı iki ölkə parlamenti
arasında əməkdaşlıq məsələləri müzakirə edilib, əlaqələrin hazırkı
vəziyyətindən məmnunluq ifadə olunub.

Söhbətdə Azərbaycan-Ukrayna münasibətlərinin hərtərəfli inkişafı
fonunda parlamentlər arasında əməkdaşlığın daha da
genişləndirilməsi yolları nəzərdən keçirilib, qarşılıqlı səfərlərin
əhəmiyyəti vurğulanıb. Bu kontekstdə, spiker Sahibə Qafarova Ruslan
Stefançuku Azərbaycan Respublikasına səfərə dəvət edib. Telefon
danışığı zamanı parlamentlərarası əlaqələrin birgə səylərlə həm
ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində
bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.