Prezident: “Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb”

Siyasət

“Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb. Nəqliyyat-logistika infrastrukturunun yaradılması tamamlanıb. Bu gün biz daşımanı çoxaltmaq və Azərbaycanın tranzit imkanlarını artırmaq üçün tərəfdaşlarımızla, qonşularımızla işləyirik”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.

Dövlətimizin başçısı verilişin daimi aparıcısı, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla söhbətində İnformasiya-kommunikasiya texnologiyaları sektorundan da bəhs edib. Qeyd olunub ki, artıq üç peykə malik olan Azərbaycan kosmik klubun üzvüdür. İKT sahəsi çox fəal inkişaf edir və bu sahədə mühüm artım var.

Prezident, həmçinin ölkəmizdə kənd təsərrüfatına çox böyük sərmayə qoyulduğunu və yetərincə ciddi artım olduğunu, müasir turizm infrastrukturu yaradıldığını qeyd edib, Azərbaycanın koronovirus pandemiyasına qarşı səmərəli mübarizəsindən və bu istiqamətdə qlobal təşəbbüslərindən, Qoşulmama Hərəkatına uğurlu sədrliyindən danışıb, bir sıra digər aktual mövzulara toxunub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir