İlham Əliyev italiyalı həmkarını təbrik etdi

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“İtaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığımız daim inkişaf edir.

Azərbaycanın əsas ticarət tərəfdaşı olan İtaliyanın şirkətləri ölkəmizin iqtisadi həyatında fəal iştirak edir, eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə yaxından cəlb olunublar.

İnanıram ki, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqının rifahı naminə məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir