Ərdoğan: “Azərbaycandan gələn təbii qazın miqdarını artırdıq”

Siyasət

Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə nazirlər kabinetinin növbəti iclası keçirilib.

İclasdan sonrakı mətbuat konfransında çıxışı zamanı dövlət başçısı çoxsaylı mövzularla yanaşı, Türkiyənin enerji təchizatından da bəhs edib.

İrandan Türkiyəyə mavi yanacağın verilişinin bərpa edildiyini xatırladan Ərdoğan Azərbaycandan ölkəsinə idxal olunan təbii qaz həcminin də artırıldığını bəyan edib.

Həmçinin, prezident hazırda Avropa ölkələrinin qazla təchizatda yaşadıqları problemlər fonunda Türkiyədə analoji çətiliklərin olmadığını bildirib.

Mənbə: “Haber Global”  

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir