Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Gəncə şəhərinə səfər edib. Bu, Azərbaycanın ikinci böyük şəhərinə prezidentin sayca 18-ci səfəridir.
Bu illər ərzində Gəncə təpədən-dırnağa dəyişib. Şəhərdə sənaye, mədəniyyət, təhsil və sosial obyektlərin salınması baxımından bir çox layihələr reallaşıb.
Bu da onu göstərir ki, təkcə işğaldan azad olunan ərazilərdə deyil, bütün bölgələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir və hər bir layihə şəxsən dövlət başçısının diqqət mərkəzindədir.
Daha ətraflı Baku TV-nin süjetində: