Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirliyin digər əməkdaşları Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri, Azərbaycan milli istiqlal hərəkatının başçısı Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 illiyi münsibəti ilə onun Ankaranın Əsri qəbirstanlığındakı məzarını ziyarət ediblər.
Bununla bağlı səfir öz “Twitter” səhifəsində paylaşım edib.
Bugün Azerbaycan Halk Cumhuriyeti’nin kurucularından olan, #Azerbaycan‘da milli istiklal fikirlerinin yayılmasına önemli katkı sağlamış Memmed Emin Resulzade’nin doğumunun 138.yıldönümüdür.
Bu vesileyle ?? Büyükelçiliği devlet adamının mezarını ziyaret etmiştir pic.twitter.com/NwLuGmP7am— Rashad Mammadov (@R_Eynaddinoglu) January 31, 2022