Prezident İlham Əliyevin göstərişinə əsasən, iki xalq artistinə ev verilib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, mənzil alanlardan biri Xalq artisti, tarzən Malik Mansurovdur.
Digəri isə Xalq artisti, kamança ifaçısı Elşən Mansurovdur.
Onların hər ikisi üçotaqlı mənzillə təmin olunub.
Qeyd edək ki, Malik Mansurov və Elşən Mansurov qardaşdırlar.
Aqil Vəlili