
Bakı.Trend:
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycana
verdiyi dəstəyə görə Avropa Ravvinləri Konfransının (CER)
vitse-prezidenti Levin Moise Moşeyə minnətdarlığını bildirib.
Trend xəbər verir ki, L.Abdullayeva bu barədə
“X” hesabında paylaşım edib.
“Əsl dostlar hər zaman çətin anlarda olurlar. Hörmətli Levin
Moise Moşe, hər zaman bizim yanımızda olduğunuza və sadiq
dostluğunuza görə təşəkkür edirik. Ümid edirik ki, Azərbaycan və
Ermənistan arasında imzalanmış tarixi saziş sülh və firavanlıq üçün
yeni regional fəsil açacaq”, – deyə diplomat qeyd edib.

