
Bakı. Trend:
Bu gün Fələstin dövlətinin Azərbaycandakı səfirliyinin təşəbbüsü
ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkil Novruz Aslanov
ilə Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Əhməd Metani arasında görüş keçirilib.
AzQAC-dan Trend-ə verilən məlumata görə, görüşdə iki dövlət
arasında qarşılıqlı əməkdaşlıq, gələcək qarşılıqlı fəaliyyət
perspektivləri və bu məsələdə milli cəmiyyətlərin rolu mövzusuna
toxunulub.
Səfir Əhməd Metani öz növbəsində Azərbaycan dövlətinin Fələstin
xalqına və dövlətinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti
cənab İlham Əliyevə minnətdarlığını bildirilib.
Daha sonra, söhbət zamanı əməkdaşlığa dair geniş spektrda fikir
mübadiləsi aparılıb, Fələstində onkoloji xəstələr üçün göstərəcək
xüsusi tipli müalicə mərkəzin yaradılması layihəsinin həyata
keçirilməsinə müvafiq köməklik edilməsi barədə müraciət olunub.
Sonda, Səfir Əhməd Metaniyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
105 illik yubileyinə həsr olunmuş müvafiq hədiyyə
edilmişdir.