Prezident İlham Əliyevin göstərişinə əsasən iki xalq artistinə ev verilib.
Mənzil alanlardan biri Xalq artisti tarzən Malik Mansurov, digəri isə qardaşı Xalq artisti kamança ifaçısı Elşən Mansurovdur.
Xalq artistlərinin hər ikisi Baku TV-yə müsahibə verib.
Onlar Prezidentin göstərdiyi bu diqqətə görə dərin minnətdarlıqlarını bildiriblər.
Xalq artisti Elşən Mansurov bildirib ki, bir müddət öncə o mənzil şəraitinin yaxşılaşdırılması üçün president İlham Əliyevə və birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
“Çox tez bir zamanda mənim bu problemim həll olundu. Buna görə də dərin minnətdarlığımı bildirirəm” – deyə, o qeyd edib.
Mənzil verilən digər Xalq artisti Malik Mansurov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətindən ona yanvarın 5-i mənzil verilməsi ilə bağlı zəng olunub.
“Bizə məlumat verildi ki, hörmətli prezidentimiz İlham Əliyev bizə yeni il hədiyyəsi edib” – deyə, o qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində: