Aİ komissarı Bakı görüşünü enerji tərəfdaşlığı üçün fürsət adlandırıb – FOTO

Siyasət

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson tviterdəki hesabında sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin səkkizinci Məşvərət Şurası, habelə keçirəcəyi görüşlərlə bağlı paylaşım edib.

Komissar nazirlərlə ikitərəfli görüşlərinin olacağını deyib.

“Sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin səkkizinci Məşvərət Şurasına həmsədrlik edəcəm. Həmçinin nazirlərlə ikitərəfli görüşlərim olacaq.

Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı zamanında təsdiqləmək üçün fürsətdir”, – o yazıb.

Qeyd edək ki, Kadri Simson, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclasında iştirak etmək üçün bu gün Bakıya gəliblər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir